Talibandan İran və Pakistana çağırış

“Taliban” hökuməti İran və Pakistanı təmkinli olmağa çağırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Region uzunmüddətli qeyri-sabitlikdən sonra təhlükəsizliyə yaxın olduğu bir vaxtda hər iki tərəf bölgənin sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində çalışmalı, mübahisəli məsələləri diplomatik kanallar vasitəsi və dialoq yolu ilə həll etməlidir”, – bəyanatda qeyd olunub.