Talibandan əfqan qızlarla bağlı müsbət qərar

Taliban hökumətinin rəsmisi çərşənbə axşamı bildirib ki, əfqan qızlara bu həftə orta məktəbdə buraxılış imtahanları verməyə icazə veriləcək.

Globalinfo.az “Associated Press”ə istinadən xəbər verir ki, qərar Əfqanıstanın 34 əyalətindən 31-nə şamil edilir.

Qeyd edək ki, Taliban ötən il ölkəni ələ keçirdikdən sonra qızların sinif otaqlarına girişi qadağan edilmişdi.

Gülnar Səlimova
Globalinfo.az