Taliban yeni hakimiyyətdə bunu ilk dəfə etdi

Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk açıq edamı həyata keçirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, adam öldürdüyünü etiraf edən Tacmir adlı şəxsin edamında bir neçə hakim, hərbi qulluqçular və nazirlər iştirak edib.

Talibanın məlumatına görə, 5 il əvvəl Mustafa adlı şəxsi bıçaqlayaraq qətlə yetirən Tacmirin cəzasını Molla Axundzadə təsdiqləyib.

Qeyd edək ki, Taliban hərəkatı ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıdıb.