Taleh Qaraşovla görüş: sakinlər razı qaldılar – FOTOLAR

IMG 1921

İyulun 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Ləj kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

Globalinfo.az bildirir ki, səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran Taleh Qaraşov bildirilib ki, icra hakmiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan bütün məsələlər həllini tapıb.

İcra başçısı Ləj sakinlərinin şəxsi və ümumi problemlərini dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun ən qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verib, yerli icra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.

Taleh Qaraşov qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və hər biri onun şəxsi nəzarətindədir, qaldırılan bütün müraciətlərə qanunamüvafiq qaydada baxılır və nəticəsi barədə vətəndaşa qanunvericilkdə nəzərdə tutulmuş müddət ərzində məlumat verilir.

Həmçinin oxuyun:

Taleh Qaraşov Xolmili kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib – FOTO

Ləj sakinləri fikir və istəklərinin maneəsiz, könüllü şəkildə çatdırlmasına yaradılan şəraitə və səmimi görüş-qəbula görə rayon rəhbərliyinə təşəkkür ediblər. Sakinlər ölkədəki sosial-iqtisadi inkişafın gündəlik həyatlarına müsbət təsirini qeyd ediblər, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdığını və vətəndaş məmnunluğuna üstünlük verildiyini vurğulayıblar, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

IMG 1924 IMG 1936 IMG 1949 IMG 1954 IMG 1888