Taksimdəki terrorda məşhur aktyor qızını itirdi – FOTOLAR

Türkiyənin tanınmış aktyoru Nurəddin Uçar ötən gün İstanbulun İstiqlal küçəsində baş verən terrorda 15 yaşlı qızı Yağmur Uçarı və keçmiş həyat yoldaşı Arzu Özsoyu itirib.

Globalinfo.az bildirir ki, Uçar bu barədə sosial şəbəkə hesabında yazıb. O, qızının fotosunu paylaşaraq bunu yazıb: “Qəbrin nurla dolsun, məkanın cənnət olsun, qızım”.

Qeyd edək ki, terakt nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.