tailand kamboca

Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.

“Tailandla şiddətli döyüşlərdə ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib”, – Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik Tailand ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib.

Kamboca tərəfinin itkiləri ilə bağlı məlumat verilməyib.

Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını xəbər verib.

İki ölkə bir-birini ilk atəş açmaqda günahlandırır və qarşı tərəfin sərhəd zonasında yerləşən hərbi obyektlərinə zərbələr endirir.

***11:09

Sərhədin mübahisəli ərazilərində yaşanan qarşıdurmadan sonra Tailand Kamboca ilə sərhədi bağlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Tailand ordusu sərhədə F-16 qırıcı təyyarələri göndərib.

Tailand ordusunun bildirilib ki, bu addım Kamboca ordusunun sərhəddə yerləşən Tailanda məxsus hərbi obyektləri hədəfə almasına cavab olaraq atılıb.

Qırıcı təyyarələr Kambocaya məxsus hərbi obyektlərə zərbə endirdikdən sonra öz bazalarına geri dönüb.

Hər iki tərəf bir-birini atəş açmaqda günahlandırır.

Qeyd edək ki, sərhəddə yaşanan toqquşmalarda bir neçə tailandlı mülki şəxs və hərbçi həlak olub, eyni zamanda, yaralanıb.

Kamboca tərəfdən itkilər hələlik açıqlanmayıb.

Paylaş: