“Tailand və Kamboca arasında eskalasiya uzun sürən müharibəyə çevrilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin deyib.
O hesab edir ki, münaqişə qısa müddət ərzində səngiyəcək, lakin diplomatik nümayəndəliklərin təmasları azaldığından müəyyən nəticələr qalacaq.
“Onlar arasında əvvəllər də mübahisəli sərhəd bölgəsində toqquşmalar olub. Ancaq adətən belə münaqişələr tez yekunlaşır. Doğrudur, bu dəfə miqyas nisbətən böyükdür və hətta Tailand aviasiyadan istifadə edir. Hər bir halda güman edirəm ki, bu münaqişə qısa müddətdə bitəcək və nizamlanma prosesinə start veriləcək”, – Kaşin vurğulayıb.
Əliyar Xəlil