VACİB XƏBƏRLƏR

Tahir Əmiraslanovun yerinə o təyin edildi – FOTO

Gündəm
1787258046.FB IMG 1787258008733

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Günel Seyidəhmədlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Agentlik bildirir ki, o 2025-ci ilin noyabrından bu vəzifəni icra edir.

Onun bu vəzifəyə təyin olunması ilə bağlı məlumat isə indiyədək nə Dövlət Turizm Agentliyinin məlumatlarında, nə də mediada açıqlanıb.

Seyidəhmədli Günel Tofiq qızı 6 iyun 1985-ci ildə Bakıda anadan olub. 2018-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2023-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

O, 2022-2025-ci illərdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Mədəni İrsin Qorunması və İnkişafı şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2025-ci ilin sentyabr-noyabrında Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2025-ci ilin noyabrından Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorudur.

Azərbaycan Milli Kulinariya Mərkəzinə bundan əvvəl uzun illər Tahir Əmiraslanov rəhbərlik edib. O, 1991-ci ildə yaradılan mərkəzin ilk rəhbəri olub. 2022-ci ilin aprelində Əmiraslanov vəzifəsindən azad edilib və onun yerinə Orxan Fikrət oğlu Sadıqov (Orxan Fikrətoğlu) təyin olunub. Fikrətoğlu isə bu vəzifəni bir il müddətinə icra edib və öz istəyi ilə vəzifəsindən azad edilib.

Tahir Əmiraslanovun yerinə o təyin edildi - FOTO

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış