photo 2025 09 04 15 29 12

Azərbaycan “Tağıyev: Neft” filmini “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Kino Akademiyasının 98-ci Oskar Mükafatına namizəd kimi təqdim edib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib.

Şamil Əliyev filmin Oskar mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib.

Məlumat üçün xatırladaq ki, “Tağıyev: Neft” filmi “Bakı Media Mərkəzi” tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub.

Ekran işi Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır.

Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejisoru Zaur Qasımzadədir.

Paylaş: