Tağı Əhmədovun vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

Globalinfo.az Unikal.org-a istinadən xəbər verir ki, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.