Tacir Şahmalıoğlu qırmızı şalvar geyinməsinin “sirr”ini açdı – VİDEO

Tanınmış müğənni Tacir Şahmalıoğlunun məclislərdən birinə geyindiyi qırmızı şalvar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bu geyimə görə ifaçını tənqid atəşinə tutub.

Globalinfo.az-a danışan T.Şahmalıoğlu deyilənlərə fikir vermədiyini bildirib.

O deyib ki, kim nə istəyir, onu da deyə bilər:

“Bir adamı hər kəs bəyənə, qəbul edə bilməz. İnanın Allaha ki, görüntülər yeni deyil. O geyimi təxmini 10 il bundan əvvəl Rusiyada toy məclisində geyinmişəm. Həmin vaxt mənim 45-46 yaşım var idi. Bu yaşdan sonra mənim qırmızı şalvar geyinən vaxtımdır?! İndi hansısa səbəbdən videonu paylaşıb məsələni qabardıblar”.

Leyla Əlisoy
Globalinfo.az