Tacikistanda dövlət çevrilişi: onlara hökm oxundu

tacikistan 1

Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhdlə bağlı qərarını verib.

Globalinfo.az xəbər verir ki, məlumatı “Asia Plus” portalı yayıb.

Ali Məhkəmənin qərarına əsasən, keçmiş xarici işlər naziri Xamroxon Zərifi günahkar bilinərək, 18 ildən 27 ilə qədər həbsə məhkum edilib. Bundan başqa Tacikistanın Demokratik Partiyasının sədri, eks-deputat Saidcəfər Usmonzodaya 27 il, jurnalist Axmadşah Komilzodaya 18 il, Sosial Demokrat Partiyasının sədrinin müavini Şokircon Hakimova 18, onun qohumunə Ruxşon Hakimova 8 il həbs cəzası verilib.

Qeyd edək ki, Tacikistanda həbslər 2024-cü ilin iyununda başlanmışdı. Hökumət hələ də həbslərin real səbəblərini açıqlamır və bütün məhkəmə proseslərini qapalı rejimdə aparır. Saxlananların əksəriyyəti dövlətə xəyanətdə, fırıldaqçılıqda ittiham edilirlər. Həbs edilənlər isə bütün ittihamları rədd edirlər.

Əliyar Xəlil
Globalinfo.az