Təhqir edən şəxsləri hansı cəza gözləyir? – Hüquqşünas

Əgər bir şəxs qarşı tərəfi insanların gözü qarşısında təhqir edirsə, həmin adam Cinayət Məcəlləsinin 148-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.

Bu sözləri Globalinfo.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O, təhqir edən şəxslərin cəzasız qalmadığını bildirib:

“Əgər biri digərini telefon vasitəsilə söyübsə, bu işə mülki məsuliyyət düşür. Yəni təhqir edən şəxs təzminat ödəyir. Kütləvi halda təhqir olmasa, buna görə cinayət məsuliyyəti doğru hesab olunmaz. Amma insanların yanında, sosial şəbəkələrdə kimsə kimisə təhqir edirsə, hər halda cinayət məsuliyyəti nəzərdə tutulur”.

Zaira Akifqızı
Globalinfo.az