Qorxulu anlar: suya düşən fotoqraf son anda belə xilas edildi – VİDEO

 

Gənc müğənni Ayaz Babayevin konserti zamanı dəhşətli anlar baş verib.

Globalinfo.az xəbər verir ki, fotoqraf Tariyel Hüseynov müvazinətini itirərək suya yıxılıb.

Bir neçə dəqiqə sonra mühafizəçinin köməyi ilə fotoqraf sudan çıxarılıb.

O, səhhətinin yaxşı olduğunu bildirib:

“Sözüm “şou”dur deyib gülənlərədir. Allah heç kimə o anı yaşatmasın. Düşünün, üzməyi bilməyən, ürəyində problem olan bir adam və 1 dəqiqə suyun altında qalmaq. Sadəcə, allahın möcüzəsi oldu”.

Xatırladaq ki, hadisə ötən gün “Dəniz mall”da baş verib.


Zaira Akifqızı
Globalinfo.az