susakend esger

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.

Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb.  Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideyinlər üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an olub. Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb. Şuşakənddə ilk əsgərin qarşılanması azad edilmiş ərazilərdə həyatın bərpasının canlı göstəricisidir. Bu gün bu torpaqda dalğalanan bayraq, sevinc, insanların üzündəki təbəssüm sabaha olan inamı daha da möhkəmləndirir. Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazılıb.

1767596193 94982907 12c1 46bf 889f cdbf3fc1696f1767596214 0a73f3a2 7b44 44c9 9faf f87c12910ba91767596131 6a8bba69 67aa 4ff9 89b6 ccfcc29516481767596174 6000aac2 9dbe 4b5e 80b4 cdbc7d3ba4f31767596136 d330c6cb 2a63 423b b9ce 4859b198a92a1767596183 f5afed98 c6e3 4dbe b70a 4ec57cd34df7

Paylaş: