Şuşa şəhərində bayram namazı qılınıb.
Globalinfo.az xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında ilk dəfə Şuşaya köçmüş sakinlər də iştirak ediblər.
Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.