Şuşadakı faciədə yaralanan şəxsdən xəbər var – FOTOLAR

Şuşada baş vermiş qəza hadisəsi zamanı xəsarət almış Sabirabad rayon vətəndaşı 4 noyabr 2023-cü il tarixində saat 22:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Acil bölməsinə gətirilib. Pasiyentin vəziyyəti ağır olduğu üçün ilkin yardım göstərildikdən sonra dərhal Nərimanov Tibb Mərkəzinin tabeliyində olan Yanıq Mərkəzinə təxliyə edilib.

Globalinfo.az bildirir ki, bu barədə TƏBİB-dən qeyd olunub.

Bildirilib ki, Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yeləşdirilən pasiyentdə sifətin, gövdənin hər iki sağrının, gövdənin ön və arxa səthinin, yuxarı ətrafların, hər iki aşağı ətrafın 3-4-cü dərəcəli (alov) yanıq şoku, eyni zamanda sağ said sümüyünün sınığı və çıxığı diaqnozu ilə qeydə alınıb.

Hal hazırda pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

***13:10

Şuşada 5 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Axar.az-a istinadən qəzada həyatını itirən 5 nəfərdən üçünün fotosunu təqdim edir:


***10:49

Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, nmoyabrın 4-də Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib.

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Hazırda iatintaq davam etdirilir. Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.