Birinci Qarabağ müharibəsində şəhid olan Hidayət Qarayevin nəşinin qalıqları Şuşa şəhərində torpağa tapşırılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidlə vida mərasimində ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, şəhər sakinləri və mərhumun doğmaları iştirak edib.
Yuxarı Gövhər Ağa məscidində keçirilən vida mərasimindən sonra şəhid Şuşa şəhər qəbiristanlığında dəfn olunub.
Hərbi orkestr Dövlət himnini səsləndirib.
Qeyd edək ki, Qarayev Hidayət Nəsir oğlu 1992-ci ildə Şuşa şəhərində itkin düşüb. Onun qalıqları Xankəndi şəhərində aşkar edilib və kimliyi müəyyən olunub.


