survivorda adaya veda eden yarismaci belli oldu odul oyununda nefes kesen mucadele iasHP29g

Türkiyənin “Tv8” telekanalında yayımlanan  məşhur “Survivor” proqramında ilginc hadisə yaşanıb. 

Globalinfo.az xəbər verir ki, proqramın izləyiciləri bu sezon keçirilən “All Star”ın  iştirakçılarından Ayşe Yüksəlin 12 gün ərzində verilişdə olmadığını və ondan xəbər alınmadığını bildirir.

İştirakçının birdən-birə yoxa çıxdığı, yarışda görünmədiyi, “Acun Media”nın da məsələ ilə bağlı heç bir açıqlama vermədiyi deyilir.

Bu səbədən artıq fevralın 11-dən etibarən “X” platformasında “Ayşe nerede” həştəqləri ilə kütləvi paylaşımların edilməsinə başlanılıb. Onun hansı səbəbdən ekranlarda görülmədiyi məlum deyil. Proqramın təsisçisi Acun İlıcalı və “Survivor” komandası məsələ ilə bağlı heç bir məlumat verməyib.

WhatsApp Image 2025 02 12 at 10.28.25 WhatsApp Image 2025 02 12 at 10.28.06

Qeyd edək ki, Ayşə Yüksəl bundan əvvəl də bir neçə dəfə “Survivor”da iştirak edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: