Sürücülərin nəzərinə: əsas küçələrdən biri bağlıdır

Təmirlə əlaqədar Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Globalinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır. Bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır.

Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.