Sürücülər cərimələnir: Sürət həddi 70 qoyulub, radar 60-ı çəkib – İDDİA / VİDEO

Goranboyda bir yolda sürət həddini göstərən yol nişanı dəyişdirilib. Lakin sürəti ölçən texniki vasitələr yeni nişanın tələbinə uyğun uyğunlaşdırılmayıb. Ona görə də sürücülərə cərimə gəlib.

Bəs indiyə qədər cərimə edilən sürücülərin aqibəti necə olacaq? Onların ödədikləri cərimə pulları geri qaytarılacaqmı?

Globalinfo.az xəbər verir ki, sürücülərin narazılığına səbəb olan radar Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisində quraşdırılıb.

Burada yol nişanı dəyişsə də, sürücülər köhnə qaydaya uyğun cərimələnir.

Sürət həddi saatda 70 kilometr göstərildiyi halda sürücülər qaydalara uyğun olaraq hərəkət  ediblər. Lakin buna baxmayaraq radara düşüb cərimələniblər.

Sürücü Yasin Nəbiyev bildirib ki, əvvəl həmin radardan öndə saatda 60 kilometr sürət işarəsi qoyulmuşdu. Bir müddət sonra isə həmin sürət həddini göstərən işarə 70-lə əvəzəndi. Amma radarın sürəti ölçməsi isə saatda 60 kilometrdə qalıb. Ona görə də orada 71-73-75 km/saatla hərəkət edən sürüclər cərimələnir.

Həmin yolda hərəkət edən marşurt sürücləri də radarın düzgün işləmədiyini iddia edirlər. Radara çatmadan öncə qoyulan 70 işarəsinin onları çaşdırdığını və nəticədə cərimə olunduqlarını bildirirlər.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, həmin ərazidə məsuliyyətə cəlb olunanlar Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət edə bilərlər.

Ətraflı Xezerxeber-in süjetində: