3d8190de 2b88 46d7 8747 5c7750702e07

Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən sürücü barəsində tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyinə yol verən, kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücülər aşkarlanıb.

Qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.

6832762d f96a 44f7 9d72 b5947810a4ed 319157bb 18af 4e89 b59a a430bba9b087 7e9a9158 9545 4327 a0e2 3f4926890022 dbc7a5a8 e095 487b 84f3 ae3ec20f7d80

Paylaş: