Ərdoğan hədələdi: “Sülhə mane olanlar qarşısında bizi görəcək”

AA 20250415 37643731 37643728 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISININ ARDINDAN ACIKLAMALARDA BULUNDU scaled
Suriyanın daimi sülh və sabitliyə qovuşmasına mane olanlar qarşısında yalnız Suriya hökumətini deyil, Türkiyəni də görəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriya 8 dekabr öncəsinə qayıtmayacaq. Bu tarixdən sonra ölkədə yeni bir dövr başlayıb. Suriya sabitlik qazandıqca, bütün bölgə xalqları bundan fayda görəcək”, – Ərdoğan bildirib.

O, eyni zamanda Türkiyənin bu prosesin uğurla davam etməsi üçün bütün imkanları ilə dəstək verəcəyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az