Suriyada irəliləyən müxalif qruplar İsraillə sərhədi tam nəzarətə götürüblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Daha öncə “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvlərinin Suriyanın paytaxtı Dəməşqin cənub rayonlarına daxil olmağa başladıqları bildirilib.
Müxalifət qüvvələri Dəməşqin mərkəzindən 10 kilometr cənub-şərqdə yerləşən Ceramana rayonunu ələ keçirib, Suriya Prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin rayon meydanındakı heykəlini aşırdıblar.