Suriyada hərbçilərə hücum edildi: ölənlər var

İŞİD terror qruplaşması Suriyanın Palmira şəhərində hərbçiləri daşıyan avtobusa silahlı hücumu olub.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, 19 nəfər yaralanıb.

Məlumata görə, terrorçular səhər saatlarında hərbçiləri daşıyan avtobusu pusquya salıblar.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.