Türkiyə texniki-diplomatik məsələləri həll etdikdən sonra Suriyanın yeni hökumətinə kömək etmək səyləri çərçivəsində Hələb və Dəməşqdəki hərbi akademiyalarda yeni Suriya ordusunun təlimini dəstəkləmək üçün hərbi müşavirlərini göndərəcək.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Clash Report” mənbələrə istinadla məlumat yayıb.
Mənbələr hava hücumundan müdafiə təlimləri üçün Xümsdə türk hərbi hissəsinin yerləşdirilməsinə dair müzakirələrin davam etdiyini də qeyd ediblər.