Suriya ilə münasibətlər bərpa oluna bilər – Ərdoğan

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz çox yaxşıdır. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Misirlə əlaqələr bərpa edildiyi kimi Suriya ilə də münasibətlər bərpa oluna bilər.

“Siyasətdə heç bir küskünlük olmayacaq”, – Ərdoğan bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşə hazır olduğunu açıqlayıb.