
Xəbər verdiyimiz kimi, bu gün Surət Hüseynov xəstəxanada dünyasını dəyişib.
S. Hüseynov öləndən sonra onunla bağlı müxtəlif məqamlar yenidən gündəmə gəlib. Bunlardan biri sabiq prezident Heydər Əliyevin onu işdən azad etdiyi məşhur müşavirədən görüntülərdir.
Belə ki, 1994-cü ilin oktyabr ayında hərbi qiyama növbəti dəfə cəhd etməyə çalışan Surət Hüseynov Heyder Əliyevin hüzurunda onun ittihamlarını dinləyir.
Surət bu videoda dərsini tərs bilən cocuq kimi danlağa məruz qalır. Mərhum prezident Heydər Əliyev onun son günlər etdiyi hərəkətlərə irad bildirir və onu ciddi şəkildə tənqid edir.
Globalinfo.az bu məşhur dialoqun videosunu təqdim edir: