Sürət yarışı keçirib tiktokda paylaşdılar, tutuldular – VİDEO

Salyan rayonunda sürət yarışı keçirən 2 sürücü həbs edilib.

Globalinfo.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, tiktok sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında araşdırma aparılıb.

Araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyundai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.

Digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər 2 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.