Sürət qatarında problem yarandı: “Çölün düzündə qalmışıq…” – VİDEO

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında texniki problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

“Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. Çölün düzündə qalmışıq. İçəridə işıqlar və monitorlar sönüb”, – deyə sərnişin qeyd edib.

Həmin görüntüləri təqdim edirik: