Surət Hüseynov Gəncədə dəfn olundu – YENİLƏNİB

Sabiq Baş nazir Surət Hüseynov Gəncədə dəfn edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, “Yeni Səbiskar” qəbiristanlığında valideynlərinin məzarının yanında dəfn olunub.

Surət Hüseynov Gəncədə dəfn olunub - YENİLƏNİB Surət Hüseynov Gəncədə dəfn olunub - YENİLƏNİB

Surət Hüseynov Gəncədə dəfn olunub - YENİLƏNİB

***12:30

Gəncədə sabiq baş nazir Surət Hüseynovla vida mərasimi keçirilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, mərasimdə onun yaxınları iştirak edir.

Surət Hüseynov İsmət Qayıbov küçəsindəki evinə gətirilib və yaxın saatlarda Gəncədə 4 saylı qəbiristanlıqda ata-anasının məzarı yanında torpağa tapşırılacaq.

***09:05

Sabiq baş nazır Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilib.

Globalinfo.az bildirir ki, mərhumla vida mərasimi İsmət Qayıbov küçəsindəki evində keçiriləcək.

Vida mərasimindən sonra Surət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Surət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.