Suraxanıda 3 nəfər qonağı döyüb, telefonlarını aldı

Bakı şəhəri Suraxanı qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Globalinfo.az-a verilən məlumata görə, naməlum şəxslər Suraxanıya gəlmiş Hövsan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Həsən Abbasova hücum ediblər. Onlar 22 yaşlı oğlanın iki ədəd mobil telefonunu üzərindən götürərək qaçıblar.

Polisə müraciət edən H.Abbasov onu döyən şəxslərin 3 nəfər olduğunu və onları tanımadığını bildirib.

Müraciətlə bağlı araşdırma aparılır.