usaq eyvan

Azyaşlı binadan yıxılaraq ağır xəsarət alıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın 5-ci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Ağır xəsarət alan uşaq Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Paylaş: