Superkuboku izləməyə gələn 200-ə yaxın azarkeş saxlanıldı – SƏBƏB

Polis iyulun 15-də Kazanda keçirilən Rusiya Superkuboku uğrunda oyuna gələn 196 azarkeşi saxlayıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Tatarıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 156 inzibati protokol tərtib edilib:

“Ak Bars Arena” stadionunda “Zenit” (Sankt-Peterburq) və ÇSKA (Moskva) futbol klubları arasında keçirilən oyunu 40,8 mindən çox tamaşaçı izləyib. Onların arasında ölkənin müxtəlif bölgələrindən Kazana gələn “Zenit” klubunun 5,6 minə yaxın aktiv azarkeşi və 9,1 min ÇSKA azarkeşi olub. Ümumilikdə, Kazan şəhərinin polis şöbələrinə müxtəlif hüquqpozmalara görə 196 azarkeş gətirilib. Faktla bağlı 156 inzibati protokol tərtib edilib”.