Süni intellekt bazasının qurucusu peşman olub

Süni intellekt proqramının əsasını təşkil edən neyroşəbəkənin qurucusu, böyük britaniyalı və kanadalı alim Ceffri Hinton həmin texnologiyanın potensial risklərindən açıq danışmaq üçün 10 ildən çox işlədiyi “Google” kompaniyasından istefa verib.

Globalinfo.az Azərtaca istinadla xəbər verir ki, kompaniyada maşın təlimi alqoritminin hazırlanması ilə məşğul olan Ceffri Hinton öz kəşfinə görə qismən peşman olsa da, süni intellekt hazırlanmasının qaçılmaz olduğunu deyib.

Mütəxəssisin narahatlığı bu texnologiyanın bəzi sahələrdən işçiləri sıxışdıracağı və yalan informasiya yayacağı ilə bağlıdır.

Bir müddət öncə isə Amerikalı milyarder İlon Mask süni intellektin inkişafının bəşəriyyətin məhvi ilə nəticələnə biləcəyi barədə fikir yürütmüşdü. Onun fikrincə, süni intellekt sivilizasiyanı məhv etmək potensialına malikdir, səhv modelləşdirilən təyyarədən və pis yığılan avtomobildən daha təhlükəlidir. İlon Mask hesab edir ki, texnologiyaların inkişafı süni intellektin onu dayandıra bilməyəcək insanların əvəzinə qərar qəbul etməsinə gətirib çıxaracaq.