Sumqayıtda yataqxana alovlandı

Sumqayıt şəhərində dörd mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan otaqda ev əşyaları 5 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, otaq yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.