IMG 3489

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.

***10:28

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumata görə, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.

Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

X X X

FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində 19-cu binada baş verən partlayış hadisəsi ilə bağlı Sumqayıt Operativ məlumat Xidməti hadisə yerinə cəlb olunub.

Bunu Globalinfo.az-a FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib.

O qeyd edib ki, hadisə yerinə FHN-in Xüsusi Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub:

“İndiyədək 3 nəfər dağıntılar arasından çıxarılaraq xilas edilib, həmin şəxslər aidiyyati üzrə təhvil verilib. Əməliyyat-axtarış işləri davam etdirilir”.

Onun sözlərinə görə görə, dağıntılar arasında qalanların olması ehtimal olunur, axtarışlar davaç etdirilir.

***09:33

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***08:47

Bu gün saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***08:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfırin dağıntılar altında qaldığı, 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə ölən olmayıb.

ef2f8147 1258 4795 b2a2 a241b241404c

Paylaş: