Sumqayıtda və Adanada qəribə yeni il görüntüsü – FOTO

Sosial şəbəkədə Sumqayıt və Şirvan şəhərində yeni il olaraq 2023 deyil, fərqli tarixin göstərilməsi ilə bağlı paylaşım marağa səbəb olub.

Globalinfo.az bildirir ki, Sumqayıt və Şirvan şəhərlərinin mərkəzində quraşdırılan dekorasiyada qarşıdan gələn yeni il 2024-cü və 2032-ci il olaraq göstərilib.

Lakin məlum olub ki, bu fotolardan biri Şirvan rayonuna deyil, Türkiyənin Adana şəhərində təşkil edilən yeni il şənliyinə aiddir.

Adananın Kozan rayonunda işləyən satıcılar 2023-cü il əvəzinə, 2024-cü il yazılan dekorasiya ilə əyləncə təşkil ediblər. Vətəndaşlar Adananın fərqli şəhər olduğunu ifadə edərək, “Bütün Türkiyə 2023-cü ili qeyd edərkən, biz 2024-ü qarşılayırıq. Biz Adanalılar hər il gələn ilin coşğusunu yaşayırıq”, deyiblər.

Sumqayıta aid olduğu deyilən görüntünün isə həqiqətən ona aid olub-olmaması hələlik məlum deyil. Deyilənə görə, Sumqayıtdakı 2032 yazısı fotoşopdur. Bir başqa iddiaya görə isə 2023 yazılan dekorasiyada sumqayıtlı gənclər rəqəmlərin yerini dəyişib.

Gülnar Səlimova
Globalinfo.az

Adana da 2023 yerine 2024 yılı kutlandı #1
Adana da 2023 yerine 2024 yılı kutlandı #2
Adana da 2023 yerine 2024 yılı kutlandı #3