64fc9163ed7ec64fc9163ed7ed16942738910d4b6999b1b64287512cf310750f4725

***20:27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

Paylaş: