Arvadının qətlində şübhəli bilinən Ağababa idmançı imiş – FOTO

62dba37359b4f62dba37359b50165856139562dba37359b4c62dba37359b4d

Bu gün səhər saatlarında arvadını amansızca qətlə yetirməkdə şübhəli bilinən Ağababa Babışov idmançı imiş.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxs kikboksla məşğul olub.

O, dəfələrlə medal və diplomlara layiq görülüb. Azyaşlı övladları var.

Həmçinin əldə etdiyimiz digər məlumata görə, atası Məzahir Babışov Sumqayıtda mal bazarının sahibi kimi fəaliyyət göstərib.

A.Babışovun fotolarını təqdim edirik:

gfyrDTQLiUa2xu4ypCcEYND6XIxISreFZqgt57n8 1200
3K6SpMpGRF87LQDnuG8Rq6D8jA3DDpZ8gWgO1Ek9:640

***10:43

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Globalinfo.az bildirir ki, Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.