Sumqayıtda müayinəyə gələn pasiyent növbədə öldü

Sumqayıtda müayinə olunmaq üçün xəstəxanaya gələn pasiyent növbədə ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.

 

MRT müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.

Fakt araşdırılır.