Sumqayıtda məşhur restoranda kütləvi dava – 5 nəfər…

1644211486 1644178908.kafe dava

Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “Santa More” restoranında kütləvi dava-dalaş baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Restorana sərxoş halda gələn bir qrup şəxs orada asayişi pozub, dava-dalaş salıb.

Əraziyə cəlb edilmiş polis əməkdaşları dava-dalaş salan 5 nəfəri saxlayaraq bölməyə aparıblar. Onların barəsində inzibati protokol tərtib edilib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə saxlanılan 5 nəfərin hər biri 200 manat cərimə edilib və onlar sərbəst buraxılıblar.

Malik

Globalinfo.az