xestexana 1

1 saylı Klinik Tibbi Mərkəzə aparılarkən yolda vəfat edən məktəblinin cansız bədəninin yalnız polis əməkdaşları gəldikdən sonra valideynlərinə verildiyi deyilir.

Məsələ ilə bağlı sözügedən müəssisədən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblinin nəşi xəstəxanaya deyil, morqa aparılıb:

“Xəstə yolda həyatını itirbsə, cansız bədəni birbaşa morqa çatdırılır. Morqda isə cəsəd ekspertizadan keçir, bu baxımdan polisin gəlməsi zəruridir. Ancaq bundan sonra ölüm kağızı verilir və meyit təhvil verilir. Proses budur. Morq isə bizim müəssisəyə aid deyil. Sadəcə məkan olaraq yaxındır, amma bizə aidiyyatı yoxdur”.

Qeyd edək ki, 2-ci sinif şagirdi A.Ravilin suçiçəyi xəstəliyi səbəbilə həyatını itirdiyi bildirilir.

***15:46

Sumqayıtda 2-ci sinif şagirdi vəfat edib.

Globalinfo.az xəbər verir ki, H.Z. Tağıyev qəsəbəsində yaşayan A. Ravil bir neçə gün öncə suçiçəyi xəstəliyinə yoluxub.

Bildirilir ki, bu səbəbdən də onun hərarəti yüksəlib və səhhəti ağırlaşıb. Valideynləri uşağı 1 saylı Kliniki Tibbi Mərkəzə aparan zaman o, yolda vəfat edib.

Məlumata görə, həkimlər məktəblinin cansız bədənini yalnız polis əməkdaşları gələndən sonra valideynlərinə təhvil veriblər.

sad 1

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: