Sumqayıtda küçədə kişi meyiti aşkarlandı

Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb.

Globalinfo.az-ın Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda qeydə alınıb.

1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyiti yoldan keçən sakinlər tərəfindən aşkar olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.