
Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 16.11.2022-ci il saat 05:35-də eyni ailənin üzvü olan 03.10.2018-ci il təvəllüdlü A.Ə. və 08:15-də 03.07.2016-cı il təvəllüdlü A.A. valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.
Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
***14:05
Sumqayıtda 2 azyaşlı ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.
Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.