dem qazi esas

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş: