Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Şəhər sakini 45 yaşlı Taleh Saleh oğlu Həmidov səhər saatlarında işlədiyi tikintidə 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.