6294c41421e2e6294c41421e2f1653916692175a1379e7f2a176ade8838def6b4175

Sumqayıtda mənzildən 40 yaşlı qadın meyiti tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonundakı mənzillərdən birində baş verib.

Anası ilə birgə yaşayan 1984-cü il təvəllüdlü Marina Aleksandrovna Solovyova iki gün öncə ölüb.

Lakin anası görmə və eşitmə məhdudiyyətli olduğu üçün qızının ölümündən xəbəri olmayıb. Bu gün aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Paylaş: