702099591 1021907066835742 3064009894658333730 n

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.

Ərazi sakinlərinin sözlərinə görə, mənzillərdən birindən tüstü qalxmağa başlayıb, daha sonra alov genişlənib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: