Sumqayıtda hamilə qadın öldü

Sumqayıtda 5 aylıq hamilə qadın qıcolmadan ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə “Kimyaçılar” qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü 5 aylıq hamilə Lalə Sərdar qızı Hüseynovanın epilepsiyası tutub, təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.